AZ

Şirvanda Ulu öndər Heydər Əliyevin anım günü silsilə tədbirlərlə qeyd olunub

Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İH başçısı yanında Şuranın üzvləri, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəsissələrin rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Abidə ziyarət olunduqdan sonra tədbir iştirakçılar Şirvan Şəhər Heydər Əliyev Mərkəzini ziyarət edib,  Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponantlarla tanış olublar.

Şirvan şəhərində yerləşən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri gün ərzində şəhərin mərkəzi meydanınında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, unudulmaz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Sonra  Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi verilib.

Öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş foto-sərgiyə baxış keçirilib. 

Sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən bəhs edən “Millət  atası” filmi nümayiş olunub.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məruzə ilə çıxış edərək, qeyd edib ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycan sabit inkişaf yoluna qədəm qoyub. Bu gün hər birimiz Ulu öndərin əziz xatirəsini böyük sevgi və hörmətlə anırıq. Ulu öndər Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas etdi. Azərbaycan xalqı ona güvəndi, ona inandı və bu gün Ulu öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin öz qətiyyəti, cəsarəti və müdrikliyi ilə bu böyük yolu uğurla davam etdirdiyini vurğulayıb.

Sonra çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov,  sabiq millət vəkili İltizam Yusifov, “Respublika” qəzetinin bölgə müxbiri Tofiq Hüseyn, şəhid atası Alim Zülfüqarlı, rus icmasının üzvü Anisimova Tatyana Valeryevna, Hacıqəhrəmanlı qəsəbə sakini Fatma Qasımova, yazıçı-şair Yaqub Salmanov Ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir və müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıblar.

Sonda din xadimləri tərəfindən Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhlarına dualar oxunub.

 

Seçilən
53
xalqqazeti.az

1Mənbələr