Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti dəfə məşqçi-müəllimlər üçün “1-ci dərəcə” məşqçi kursu təşkil edəcək.
Apasport.az xəbər verir ki, bunu AVF-nin mətbuat xidməti açıqlayıb.
Tədbir dekabrın 17-22-si aralığında Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Kursa Bakı Regional Voleybol Klubunun tərkibindəki şəhər və rayonlardan olan məşqçi-müəllimlər qatılacaqlar. Nəzəri və praktik hissələrdən ibarət olacaq dərsləri AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme keçəcək.
Sonda imtahandan uğurla keçəcək iştirakçılar AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.
Qeyd edək ki, federasiya tərəfindən avqustun 9-12-si aralığında Qəbələdə, sentyabrın 21-26-sı aralığında Sumqayıtda “1-ci dərəcə” məşqçi kursu keçirilib.
AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar.
Yüksək Liqa: II turun proqramı müəyyənləşib
AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb
“Milli Aviasiya Akademiya”sından qələbə
“Azərreyl” və “Abşeron”dan qələbə
Yüksək Liqada II tura start veriləcək