AZ

Gül Ərdoğanı TƏBRİK ETDİ: "Tarixi hadisədir"

Türkiyənin 11-ci prezidenti Abdullah Gül Somali ilə Efiopiya arasındakı gərginliyin Ankaranın vasitəçiliyi ilə həll edildiyinə görə, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı, xarici işlər naziri Hakan Fidanı və bu prosesdə əməyi olan hər kəsi təbrik edib.

Publika.az xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib.

"Afrika qitəsinin ən qədim problemlərindən biri olan və bir çox qanlı müharibələrə səbəb olan Somali-Efiopiya münaqişəsinin Türkiyənin də töhfələri ilə Ankarada imzalanan müqavilə ilə həll olunması tarixi hadisədir. Prezident Rəcəb Tayyib Ərdoğanı, Xarici İşlər Naziri Hakan Fidanı və bu prosesdə əməyi olan hər kəsi təbrik edirəm", - A.Gül bildirib.

phrase_var_article.chosen
42
publika.az

1phrase_var_article.sources