AZ

Rusiya və ABŞ Ankara ilə hesablaşır - Kalının Suriya səfərində önəmli detallar

"Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) başqanı İbrahim Kalının 61 illik Əsəd rejminin çökməsindən sonra Suriyanın paytaxtı Dəməşqə səfər etməsi olduqca əhəmiyyətlidir. Bu, Əsəd devrildikdən sonra Suriyaya gedən ilk xarici heyətdir. Türkiyə Əsəddən sonrakı dövrdə Suriyada əsas rollardan birini oynayacaq. Rusiya və ABŞ Suriya məsələsində Türkiyə ilə məsləhətləşmək məcburiyyətindədirlər".

Teleqraf.com xəbər verir ki, bu fikirlər politoloq Elxan Şahinoğluna məxsusdur.

Onun sözlərinə görə, Türkiyə rəsmilərini Dəməşqə Suriyanın keçici hökuməti dəvət edib: "Suriyada günlərdir Əsədin devrilməsi sevinci yaşanır, yeni hökumət eyni zamanda ilk gündən insanların sosial problemlərinin həlli, infrastruktun bərpası barədə düşünməlidir. Ancaq bunun üçün Suriyanın resursları məhduddur, kənar dəstəyə ehtiyacları var. Suriyanın milli pulu o qədər dəyərdən düşüb ki, Dəməşqdə Türkiyə lirəsi işlənir. Ona görə Dəməşqdəki rejim ilk olaraq Ankaraya müraciət edib. Bu Türkiyənin də xeyrinədir. Türkiyə Əsəddən sonrakı dövrdə Suriyada əsas rollardan birini oynayacaq. Rusiya və ABŞ Suriya məsələsində Türkiyə ilə məsləhətləşmək məcburiyyətindədirlər. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken sabah Ankaraya gedəcək, digər Avropa liderləri də Suriya məsələsində Türkiyə rəsmiləri ilə məsləhətləşirlər".

Politoloq onu da əlavə etdi ki, Türkiyənin illər öncə milyonlarla suriyalıya sığınacaq verməsi də hazırda Ankaranın işinə yarayır: "Dolanışıq imkanı qazanan və türk dilini öyrənərək geri qayıdan suriyalılar vətənlərində Türkiyənin lobbiçisinə çevriləcəklər".


Müəllif: Teleqraf.com
Seçilən
61
25
teleqraf.com

10Mənbələr