AZ

Qəddafi çıxışa gülən Bəşər Əsədə nə deyib? –"Səddamı asdılar, gülürsünüz. Amerika bizi də asacaq" /VİDEO

Suriyada Bəşər Əsəd hakimiyyətinin süqutu dünyanın diqqətini yenidən ərəb dövlətlərinə yönəldib. 

Azpost.info bildirir ki, 2011-ci ildən bir neçə ərəb dövlətində başlanmış və “ərəb baharı” adlandırılan inqilablar Misir, Tunis, Liviya, Yəməndə hakimiyyətlərin süqutu ilə nəticələndi. Bu ölkələrin məşhur liderləri Hüsnü Mübarək, Bin Əli, Qəddafi devrildilər. Mübarək həbs olundu, Bin Əli ölkədən qaçdı, Qəddafi isə öldürüldü.

Bəşər Əsəd “ərəb baharı”ndan canını qurtara bilsə də ötən 14 ildə Suriya beynəlxalq münasibətlərin ən həssas nöqtəsinə çevrilmişdi. 2024-cü ilin noyabrın sonundan başlanan üsyan 10 günün içində Əsəd rejimini devirdi, Bəşər Əsəd Moskvaya qaçdı, 60 il mövcud olan Suriya Ərəb Respublikası suqut etdi.

“Youtube”də Ərəb Dövlətləri Liqasının 2008-ci ildə keçirilmiş sammitində Liviya lideri Müəmmar Qəddafinin çıxışından bir hissə yayımlanıb.

Qəddafi İraq lideri Səddam Hüseynin devrilməsində ABŞı günahlandırır və ərəb dövlətləri arasında birliyin olmamasından narazılıq edir.

Qəddafi çıxışında deyir:

“Amerika hansı səbəbdən İraqı işğal edib məhv etdi, bir milyon iraqlını öldürdülər?
Qoy amerikalı dostlarımız bu suala cavab versin: niyə İraq? Bin Laden iraqlıdırmı? -Yox.
Nyu Yorkdakı terror aktını iraqlılar törədib? Xeyr, onlar deyil.
Pentaqona iraqlılar hücum edib? Xeyr.
İraqda kütləvi qırğın silahları var idimi? Xeyr, yox idi.
Əgər olsaydı belə nə olacaqdı. Pakistanda bu silahlar var. Hindistan, Çin, Fransa, Rusiya, İngiltərə və ABŞ… Onların hamısında atom bombası var.
Onları da məhv edəcəyik? Yaxşı, atom silahının mövcud olduğu bütün ölkələri məhv edək.

Xarici bir dövlət bir ərəb dövlətini işğal edib prezidentini asır, biz isə bir qıraqda oturub gülürük.
Səddam Hüseynin edamı ilə bağlı niyə araşdırma aparılmır? Hərbi əsir, ərəb ölkəsinin prezidentini və Ərəb Liqasının üzvünü necə asmaq olar?
İndi Səddam Hüseynin yürütdüyü siyasətdən, onunla fikir ayrılıqlarımızdan danışılmır. Bizim hamımızın bir-birimizlə olduğu kimi onunla da siyasi fikir ayrılığımız olub. Bu otaqdan kənarda bizi heç nə birləşdirmir.
Səddam Hüseynin qətlini niyə araşdırmırlar?
Bütöv bir ərəb ölkəsinin rəhbərliyi asılaraq edam edildi. Biz də bir kənarda oturmuşuq. Nə üçün?
Burada oturanlardan hər biri növbəti qurban ola bilər!
Amerika Xomeneyə qarşı Səddam Hüseynlə çiyin-çiyinə vuruşdu! Hüseyn onların dostu idi. Dik Çeyni Səddam Hüseynlə dost idi. Donald Ramsfeld İraqı məhv edəndə ABŞ-ın müdafiə naziri kimi Səddam Hüseynin yaxın dostu idi.
Amma axırda onu satıb asdılar!
Siz Amerika ilə dostsunuz. Yox, deyəcəyəm, biz Amerika ilə dostuq, amma bir gün bizi asa bilər”.

 

Seçilən
33
azpost.info

1Mənbələr