Təbriz şəhərində Azərbaycan bayrağı qaldırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Milli Hökumətinin qurulmasının 79-cu ildönümündə Təbrizdə Azərbaycan Respublikasının bayrağı dalğalanıb.
Qeyd edək ki, Azərbaycan Milli Hökuməti və ya 21 Azər Hərəkatı 1945-ci ilin 12 dekabrından 1946-cı ilin dekabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş sosialist hökumət olub. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına baxmayaraq, AMH tarixdə ikinci dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta