Türkiyənin dəstək verdiyi Suriya Milli Ordusunun son əməliyyatları və qazandığı strateji uğurlar Ankaranın əlini gücləndirir. Menbiçin Azad Suriya Ordusu tərəfindən PKK uzantları olan YPG / PYD qruplarından təmizlənməsi və nəzarəti bərpa etməsi Türkiyənin sərhəd təhlükəsizliyi baxımından önəmlidir. ABŞ və İsrail faktiki olaraq bu qruplara dəstək verir və Suriyada kürd dövlət qurumunun yaradılmasına çalışırlar. Menbiç 2016 - cı ildə ABŞ - nin dəstəyi ilə PYD - nin nəzarətinə keçib. Təşkilatın rəhbəri Salih Müslümün Türkiyə əlehinə verdiyi açıqlamalar, PKK ilə açıq əlaqələr qurması Türkiyədə narahatlıq yaratmışdı. Həmən zaman Vaşinqton Ankaranın sərt tepkisi ilə üzləşdi və Menbiçi azad edəcəyinə söz verdi. Lakin ABŞ sözünün üstündə durmadı. Onun Türkiyəyə qarşı bu davranışını 2019 - cu ildə Rusiyada təkrarladı. Ümumiyyətcə, hər nə qədər Rusiya və Türkiyə Suriyada müttəfiqliq qurmaq üçün anlaşsalarda elə hamısı kağız üzərində qaldı. İndi Türkiyə bu işi müttəfiq qruplaşma vasitəsi ilə həyata keçirir. Menbiçin itirilməsi PYD/YPD üçün böyük problemlər yaradır. Qruplaşma Fərat çayının şərq sahillərində strateji mövqelərini itirdi. Radikal kürd qruplar artıq Fəratın qərbində mövqe tutmağa məcbur olacaqlar. Əvəzində isə Türkiyə Fəratın şərqində möhkəmləndi. Bu da Ankaraya Suriyada gələcək əməliyyatlar üçün böyük üstünlük gətirəcək. Eyni zamanda Türkiyə bununla PKK və onun uzantilarına ciddi psixoloji zərbə də vurmuş oldu. ABŞ PYD / YPG - yə destək versə belə Menbiçin itirilməsi Türkiyəyə bu qrupu tez bir zamanda məhv etməyə imkan verir. Menbiçin nəzarət altına alınması təkcə PKK və onun uzantıları ilə mübarizə üçün deyil, həmçinin ABŞ və İsrailin reallaşdırmaq istədiyi " kürd dəhlizi " də qarşısını almaq yolunda ciddi önəm daşıyırdı. İraqdan Aralıq dənizinə qədər qurulması nəzərdə tutulan " Kürd dəhlizi " planı Əsəd rejiminin devrilməsindən sonra öz aktuallığını daha da artmışdı. Xüsusilə, Rusiyanın hərbi bazalarını regiondan çıxarması prosesi gücləndirirdi. ABŞ 2017 - ci ildən bu dəhlizin inşasına çalışır və son günlər baş verən proseslərin sonunda işini daha da sürətləndirmişdi. Menbiçin YPD / PYD - nin əlindən çıxması bu dəhlizin açılmasını çətinə saldı və ABŞ - ın Suriyadakı planını alt - üst etdi. Bu əməliyyat həmçinin Türkiyənin Suriyanın gələcəyi ilə bağlı söz əsas sahiblərindən biri olmasına səbəb olacaq. Ankara masada öz əlini gücləndirir. PKK və onun uzantilarına qarşı əməliyyatlar genişləndikcə Türkiyə həm Suriya, həm İraqda daha güclü hala gələcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta