AZ

NATO-nun Baş katibindən

"Səfər zamanı Türk Aerokosmik Sənayesində oldum və oradakı inkişafı gördüm".Metbuat.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, bu sözləri Brüsseldə "Carnegie Europe" beyin mərkəzinin təşkil etdiyi tədbirdə çıxış edən NATO-nun Baş katibi Mark Rutte deyib.1 oktyabrda vəzifəyə başladıqdan sonra mühüm müttəfiq ölkələrə səfərlər edən Mark Rutte, Türkiyənin NATO-nun müdafiəsindəki roluna xüsusi toxunub. O, Türkiyədə Türk Aviasiya və Kosmik Sənayesinə səfər etdiyini və ölkənin inkişaf etdirdiyi müdafiə qabiliyyətlərini yerində gördüyünü bildirib. Rutte əlavə edib ki, Almaniya, Fransa və İtaliyaya etdiyi səfərlərdə də müdafiə sənayesinin istehsalı artırmaq üçün hansı tələblərə ehtiyac duyduğunu öyrəndiyini və bu ehtiyacların olduqca geniş olduğunu qeyd edib. Türkiyənin NATO-nun ümumi müdafiə sistemində oynadığı mühüm rola diqqət çəkən Rutte Ankaranın NATO-nun ümumi müdafiəsinin vacib bir hissəsi olduğunu bildirib.Baş katib NATO-nun hazırda ciddi təhlükəsizlik riskləri ilə üzləşdiyi dövrdə müdafiə istehsalı və xərclərini artırmağın əsas prioritet olduğunu, eyni zamanda Türkiyənin Avro-Atlantik regionunun müdafiəsinə mühüm töhfələr verdiyini qeyd edib.

Rutte həmçinin Türkiyə və Yunanıstana səfəri zamanı əldə etdiyi təəssüratlar barədə danışıb. O qeyd edib ki, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Yunanıstan Baş naziri Kiryakos Mitsotakis münasibətləri yaxşılaşdırmaq üçün ciddi səy göstərirlər. "Bir neçə il əvvəlki vəziyyətə baxanda bu gün daha yaxşı yerdədilər. Biz bu iki vacib müttəfiqi və NATO üzvünü dəstəkləmək üçün əlimizdən gələni edəcəyik", - deyə Rutte vurğulayıb.

phrase_var_article.chosen
43
41
metbuat.az

10phrase_var_article.sources