Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanın Milad günü Ukrayna tərəfi ilə hərbi əməliyyatların dayandırılması və əsirlərin dəyişdirilməsi təklifini nəzərdən keçirib.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Macarıstan hökuməti başçısının aparatının rəhbəri Qerqey Quyaş bildirib.
O xatırladıb ki, Orban Ukrayna münaqişəsi zonasında Milad atəşi rejiminin yaradılmasını təklif edib. Quyaş qeyd edib ki, Macarıstanın baş naziri ilə telefon danışığı zamanı Rusiya prezidenti bu variantdan imtina etməyib, lakin onu qəbul da etməyib. Rusiya lideri yalnız təklifi nəzərdən keçirib.
"Məqsədimiz Milad bayramının hərbi əməliyyatlarla pozulmamasını təmin etmək idi", - kansleriyanın rəhbəri deyib.