AZ

Şiələr, Ələvilər və Xristianlar Suriyadan qaçırlar - Kütləvi KÖÇ

Şiələr, ələvilər və xristianlar Suriyadan Livana qaçaraq hakimiyyətə gələn, tərəfdarları arasında islamçı radikalların da olduğu silahlı müxalifətin mümkün təqiblərinə məruz qalırlar.
 

Sfera.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
 

Bildirilir ki, qaçqınlar beynəlxalq təşkilatları və İranı onlara təcili yardım göstərməyə çağırırlar.
 

Bundan əvvəl Almaniya hakimiyyəti suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırmışdı .
 

Noyabrın 28-də silahlı Suriya müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyi bildirilir. Hələb şəhərini ələ keçirərək, növbəti həftə yarım ərzində Homs, Həmanı işğal ediblər və Suriyanın paytaxtı Dəməşqə yaxınlaşıblar. Bundan əlavə, kürdlərin Suriya Demokratik Qüvvələri (SDQ) Deyr əz-Zor şəhərinə nəzarəti ələ keçirib .
 

Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. “Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” açıqlayıb.
 

Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı postunu tərk etmək qərarına gəldiyini və “hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək” Suriyanı tərk etdiyini bildirib. Sonradan məlum olub ki, Suriyanın eks-prezidenti Moskvaya ailə üzvləri ilə gəlib. Kreml bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin Bəşər Əsədə sığınacaq verməyə şəxsən qərar verib.

İnci
 

Seçilən
50
sfera.az

1Mənbələr