AZ

Varikoz damarlarının inkişafının başqa bir səbəbi oturaq həyat tərzidir

...Varikoz damarlarının sadəcə estetik problem olduğuna dair bir fikir var. Guya qabarıq damarlar kosmetik qüsurdan başqa bədənə heç bir zərər vermir.

…Əslində, həkimlər vurğulayırlar ki, varikoz damarları qan laxtalanması, ətraflarda qan durğunluğu və hətta ölüm riskini artıran təhlükəli bir vəziyyətdir.

Eyni zamanda, varikoz damarlarının qarşısını almaq onları müalicə etməkdən daha asandır.

SİA-nın məlumatına görə, fleboloq Yelena Smirnova, hansı amillərin patologiyanın inkişaf ehtimalını artırdığını söyləyib.

İlk növbədə həkim belə xəstələrə isti vanna, sauna və uzun müddət günəş altında qalmamağı məsləhət görür.

Həkim onu da əlavə edir ki, dar paltar və ya dar ayaqqabı geyinməməlisiniz. Varikoz damarlarının və trombozun qarşısını almaq üçün tədbirlər haqqında danışan Smirnova, “çəkinizə nəzarət etməli və aktiv həyat tərzi sürməlisiniz”-deyir.

Varikoz damarlarının inkişafının başqa bir səbəbi oturaq həyat tərzidir. Odur ki, həkim uzun müddət oturaq vəziyyətdə qalan insanlara ayaqlarının vəziyyətini daha tez-tez dəyişməyi, yerində yeriməyi, ayaqlarını fırladmağı, həmçinin fiziki müalicə ilə məşğul olmağı tövsiyə edib.

“Velosiped” və “qayçı” kimi tanınan arxa üstə uzanan məşqlərdən istifadə edə bilərsiniz.

Nazlı Almuradova

Seçilən
46
sia.az

1Mənbələr