AZ

İlon Maskın sərvəti 400 milyard dolları ötüb

Tesla, “SpaceX” və “X” kimi şirkətlərin sahibi İlon Maskın sərvəti 400 milyard dolları keçib.

"Ölkə.az" xəbər verir ki, Maskın sərvətindəki artım, “SpaceX”in dəyərinin artması ilə Tesla səhmlərinin rekord səviyyəyə qalxmasından sonra baş verib.

Forbes jurnalının hazırkı milyarderlərin siyahısına görə, Maskın sərvəti 430,9 milyard dollar təşkil edir.

Beləliklə, dünyanın ən varlı adamı olan Mask, ümumi sərvəti 400 milyard dollara çatan ilk şəxs olub.

Siyahıda Maskı 243,7 milyard dollar sərvətlə Amazonun qurucusu Ceff Bezos və 220,9 milyard dollar sərvətlə “Oracle”ın qurucusu Larri Ellison izləyir.

Qeyd edək ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın səhmləri dünən rekord həddə çatıb. Şirkətin səhmlərinin qiyməti 5,9 faiz artaraq 424,77 dollar olub.

Bu ilin əvvəlindən bəri 70 %-dən çox dəyər qazanan Tesla səhmləri, Maskın dəstəklədiyi Respublikaçı namizəd Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsindən sonra yüksəlməyə başlayıb.

Trampın seçkilərdə qalib gəlməsindən sonra Teslanın səhmləri 67 faizdən çox artıb.

Seçilən
27
5
olke.az

6Mənbələr