AZ

Azərbaycanın NATO yanındakı nümayəndəliyində Ulu Öndərin anım mərasimi keçirilib

Brüssel, 13 dekabr, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycanın NATO yanındakı nümayəndəliyində böyük ehtiramla anılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nümayəndəliyin başçısı Cəfər Hüseynzadə anım tədbirində çıxış edərək Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin və nizami ordu quruculuğunun, habelə NATO ilə Azərbaycan arasındakı tərəfdaşlığın banisi olduğunu qeyd edib. Nümayəndəliyin başçısı Ümummilli Liderin ölkəmizə böyük və əvəzedilməz töhfələri barədə danışarkən 1993-cü ildə onun Azərbaycana böyük qayıdışı ilə tariximizdə ən dinamik və uğurlu tarixi dövrün başlandığını vurğulayıb.

Nümayəndəliyin başçısı əlavə edib ki, Ulu Öndərin irsi hər zaman ölkənin gələcək nəsilləri üçün bir yol göstərici və ilham qaynağı olacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Seçilən
38
1
azertag.az

2Mənbələr