AZ

Suriyada konstitusiyanın və parlamentin fəaliyyəti dayandırılıb

Suriyanın yeni hakimiyyət orqanları üç ay ərzində ölkədə konstitusiyanın fəaliyyətini və parlamentin işini dayandırmaq qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə Al Arabiya məlumat yayıb. Bunu yeni hakimiyyətin nümayəndəsi Ubeyda Arnaut bildirib.

“Bu keçid dövrü üç ay davam edəcək. Bizim prioritetimiz qurumları qorumaqdır”, deyə Arnaut bildirib.

Hökümət nümayəndəsi qeyd edib ki, konstitusiyanı öyrənmək və sonradan düzəlişlər etmək üçün ixtisaslaşdırılmış komitə yaradılacaq. Bundan əlavə, o, Suriya xalqına qarşı cinayət törədənlərin hamısının qanun əsasında mühakimə ediləcəyini vurğulayıb.

Poliqon.info

Seçilən
47
poliqon.info

1Mənbələr