AZ

Deputat seçiciləri ilə görüşdü » AzadMedia.az


Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatının inzibati binasında seçicilərlə növbəti görüş-qəbul keçirdik. Qəbulda 16 seçici iştirak edirdi. Onlardan bir nəfəri şəhid ailəsi, iki nəfəri isə Vətən müharibəsi iştirakçısı idi.Qəbula gələnlərin istəklərinin daha operativ həllini tapması üçün qəbulda Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev iştirak edirdilər.

Bəzi seçicilərin istəkləri yerində həllini tapdı, digər məsələlər səlahiyyətlərimiz çərçivəsində aidiyyəti üzrə yönləndirildi. Görüşlər davam edir.

Məhşur Məmmədov
Milli Məclisin deputatı
Seçilən
19
4
azadmedia.az

10Mənbələr