AZ

Moskva Suriya müxalifəti ilə masaya oturdu: görün nə tələb etdilər

Rusiya rəsmiləri Suriyada qurulan yeni hökumətlə ilk dəfə görüşüblər.

Publika.az xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvada jurnalistlərə Suriyadakı son hadisələrlə bağlı mühüm açıqlamalar verib.

Boqdanov Suriyada Əsəd rejiminin devrilməsindən sonra qurulan müvəqqəti administrasiya ilə əlaqə saxladıqlarını bildirib: “Paytaxt Dəməşqdə fəaliyyət göstərən siyasi komitə ilə bir oteldə əlaqə qurulub. Diplomatik missiyanın nümayəndələri ilə görüş keçirirlər. Səfirliyimizin nümayəndələri də onlarla görüşüb”.

O, bu danışıqların ilk növbədə Rusiyanın Suriyadakı diplomatik nümayəndəliklərinin və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə həsr olunduğunu qeyd edib.

Boqdanov Suriyadakı Rusiya hərbi bazalarının vəziyyətinə də toxunub: "Bazalar Suriya ərazisində qalır. Hələlik bu mövzuda başqa qərar verilməyib. Bazalar Suriya rəhbərliyinin tələbi ilə orada yerləşdirilib. Məqsədimiz İŞİD ilə mübarizə aparmaqdır. Hər kəs bu müstəvidə eyni fikirdədir”.

Seçilən
29
50
publika.az

10Mənbələr