AZ

Braziliya prezidenti reanimasiyadadır

Braziliya prezidenti Da Silva beyin əməliyyatından sonra reanimasiyada saxlanılır...

Braziliya prezidenti Lula da Silva beyin əməliyyatından sonra reanimasiyada qalıb. Onun kəllədaxili drenajı çıxarılıb.

Poliqon xəbər verir ki, bu barədə Braziliya prezident administrasiyası məlumat yayıb.

Prezident səhər endovaskulyar əməliyyat (orta meningeal arteriyanın embolizasiyası) keçirib. Gün ərzində yeni laborator müayinələr aparılıb, axşam saatlarında kəllədaxili drenaj fəsadsız çıxarılıb”, deyə məlumatda bildirilir.

Oktyabrın 19-da Braziliya prezidenti ilə baş verən qəzadan sonra Da Silva kraniotomiya əməliyyatı keçirib. Həkimlər deyirlər ki, uğurlu əməliyyatdan sonra Lula da Silva dekabrın 13-ü cümə günü reanimasiyadan evə buraxılacaq.

Bununla əlaqədar Braziliyanın vitse-prezidenti Geraldo Alkmin müvəqqəti olaraq dövlət başçısı vəzifəsini icra edir.

Poliqon.info

Seçilən
52
22
poliqon.info

10Mənbələr