AZ

Kreml Suriya müxalifəti ilə masaya oturdu - Razılıq

Moskva Suriyada qurulan yeni hökumətlə görüş keçirirək yaranmış vəziyyət və atılacaq addımları müzakirə edilib.

Azreform.info xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

Suriyada Əsəd rejiminin devrilməsindən sonra qurulan müvəqqəti administrasiya ilə əlaqə saxladıqlarını bildirən Boqdanov bildirib ki, görüş Dəməşqdə baş tutub.

"Dəməşqdə fəaliyyət göstərən siyasi komitə ilə bir oteldə əlaqə qurulub. Onlar diplomatik missiyanın nümayəndələri ilə görüşürlər. Səfirliyimiz də onlarla görüşüb”, - Boqdanov qeyd edib.

Bu danışıqlarda ilk növbədə Rusiyanın Suriyadakı diplomatik nümayəndəliklərinin və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə həsr olunduğunu bildirən Boqdanov, təmasların müsbət istiqamətdə irəlilədiyini və verilən vədlərin yerinə yetiriləcəyinə ümid bəslədiklərini bildirib.

Suriyadakı Rusiya hərbi bazalarının vəziyyətinə də toxunan Boqdanov deyib ki, hərbi bazalar Suriya ərazisində qalır: "Hələlik bu mövzuda başqa bir qərar verilməyib. Bu bazalar Suriya rəhbərliyinin tələbi ilə orada yerləşdirilib" .

Mürtəza
Azreform.info

phrase_var_article.chosen
51
5
azreform.info

7phrase_var_article.sources