AZ

Noyabrda DVX-nin Aparatında 80 vətəndaş qəbul edilib

Bakı. Trend:

Bu ilin noyabr ayı ərzində vergi orqanlarına ümumilikdə 44.350müraciət daxil olub ki, onların 96,7 faizini ərizələr, 3,2 faizinişikayətlər, 0,1 faizini isə müxtəlif təkliflər təşkil edib.

Trend xəbərverir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, daxil olmuş müraciətlərdən 68,5 faizininbaxılması oktyabr ayı ərzində başa çatdırılıb, 31,5 faizi isəhazırda icradadır. Baxılmış müraciətlərdən 40 faizi həll olunub,62,1 faizi barədə müvafiq izahatlar verilib, qalanları ilə bağlıqanunamüvafiq qərarlar qəbul edilib.

Noyabr ayı ərzində daxil olmuş şikayətlərin faktiki sayı 1.150olub. Həll edilmiş şikayətlərin 71,1 faizi kameral vergiyoxlamaları, qalanları vergi ödəyicisinin qeydiyyatı, sosialsığorta ödənişləri, vergi borcu, ƏDV depozit hesabı, artıqödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarınqaytarılması və əvəzləşdirilməsi, riskli vergi ödəyicisi hesabedilməməsi və digər məsələlərlə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiqvəzifəli şəxslər tərəfindən ümumilikdə 80 vətəndaşın qəbulu təşkiledilib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb,qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlliimkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlarverilib.

phrase_var_article.chosen
13
7
az.trend.az

10phrase_var_article.sources