Bakı. Trend:
Dekabrın 15-də Dövlət İmtahan Mərkəzi ilə HakimlərinSeçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanıkeçirəcək.
Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəziməlumat yayıb.
Bildirilib ki, imtahan DİM-in Binəqədi rayonu,S.S.Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlarkorpusunda keçiriləcək.
İmtahan kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda378 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan iştirakçılarıimtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başaçatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar.Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
İmtahana gələrkən namizədlər «İmtahana buraxılışvərəqəsi»ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasındauyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.
İmtahan saat 10:00-da başlanır.
İmtahanda namizədlərə 100 sual təqdim olunur vəonların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər imtahansualına düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavabların sayıdüzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox baltoplamış namizədlər növbəti mərhələyə buraxılırlar.