AZ

İsrail İranın nüvə obyektlərini vurmağa hazırlaşır

Oktyabrın 7-dən İsrail bölgədəki rəqibləri olan Həmas və Hizbullahı zəiflədib, istiqamətini Suriyaya çevirib. 61 il davam edən Baas rejiminin süqutundan sonra yaranan təhlükəsizlik boşluğundan istifadə edən İsrail, Qolan təpələrini əbədi olaraq öz ərazilərinə birləşdirdiklərini açıqladı.

Turkustan.az xəbər verir ki, İsrail Qolanla bərabər Hermon dağını da ələ keçirdi. Qəzza və Livanda müharibələr bitmək üzrə olduğu bir vaxtda İsrail diqqətini İrana yönəltdi. İsrail Ordusunun rəsmilərinin verdiyi məlumata görə, İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır.

Suriyadakı hərbi obyektlərə qarşı 400-ə yaxın hücum təşkil edən İsrail Ordusu Suriyadakı hərbi varlığının 80%-ni məhv etdiyini açıqlayıb. HƏMAS və Hizbullahın zəifləməsi ilə İsrailin bölgədə artıq təhdidedici rəqibi qalmayıb.

İsrailin baş naziri Netanyahu İran xalqına müraciət edərək, "İsrail sülh istəyir. Bizimlə sülh içində yaşamaq istəyən hər kəslə sülh içində yaşamaq istəyir və mən bilirəm ki, İran xalqı da bunu edir. Amma siz xalqın hakimiyyəti altındasınız. Öz xalqına zülm edən və bizi təhdid edən bir rejim əslində kimdən qorxduğunu bilir. İran xalqı, bir gün azad olacaqsınız, bir gün hər şey dəyişəcək"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
46
turkustan.az

1Mənbələr