AZ

Ərdoğan ABŞ Dövlət katibini hava limanında qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət katibi Antoni Blinkeni qəbul edib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Prezidentlə Dövlət katibi arasında Esenboğa hava limanında baş tutan görüş mətbuata bağlı olub.

Ərdoğan görüşdə Türkiyənin məsələnin başladığı gündən Suriyanın ərazi bütövlüyü, birliyi və unitar quruluşunun qorunmasının tərəfdarı olduğunu bildirib.

O, Türkiyənin Suriyada fəaliyyət göstərən PKK/PYD/YPG və İŞİD kimi terror təşkilatlarına qarşı milli təhlükəsizliyi adına tədbirlər görəcəyini də qeyd edib.

Türkiyə lideri ölkəsinin İŞİD-lə qarşı-qarşıya mübarizə aparan yeganə NATO ölkəsi olaraq PKK-nın vəziyyəti fürsətə çevirmək cəhdlərinin qarşısını alacağını vurğulayıb.

Görüşdə həmçinin xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun, Prezident Administrasiyasının rəhbəri və səfir Həsən Doğan və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

Seçilən
18
veteninfo.az

1Mənbələr