Bakı. Trend:
Azərbaycana fizioterapiya üçün tələb olunan spesifik cihaz vəavadanlıqlar gətiriləcək.
Bu barədə Trend dövlət satınalmalarının vahid internetportalından məlumat əldə edib.
Belə ki, ölkəyə traksiya qurğusu, spinal dekompressiya qurğusu,krio terapiya cihazı, maqnit terapiya qurğusu, vertikalizator,oksigen kamerası, baro kamera, vakum kamerası və s. cihaz vəavadanlıqların gətirilməsi nəzərdə tutulub.
Məlumata görə, artıq bununla bağlı Tibbi Ərazi Bölmələriniİdarəetmə Birliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və TəchizatMərkəzi” publik hüquqi şəxs hazırlıqları yekunlaşdırıb.
Quruma sözügedən spesifik cihaz və avadanlıqları “Medsol” MəhdudMəsuliyyətli Cəmiyyəti (MMC) təhvil verəcək. Bunun müqabilindəMMC-yə 21.040.228,17 AZN (21 milyon 40 min 228 manat 17 qəpik)ödəniləcək.