Bu gün Xocalı rayonunun Ballıca kəndinə ilk köç başlayır.
"Cebheinfo.az" xəbər verir ki, Xocalı rayonunun Ballıca kəndinə 27 ailə (152 nəfər) köçürüləcək.
Kənd su, qaz, elektrik enerjisi ilə təchiz edilib, internet xətti çəkilib. Tibb və polis məntəqəsinin binaları, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçasının tikintisi başa çatıb.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildən Ermənistan silahlı qüvvələrinin işğalı altında olub. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.
"Cebheinfo.az"