AZ

Türküstan ölkələrinin əhalisinin ümumi sayı 80 milyonu ötdü

Yazını böyüt
Yazını kiçilt

Türküstan coğrafiyasındakı ölkələrin ümumi əhalisi tarixi bir səviyyəyə çataraq 2024-cü ilin dekabrına 80 milyonu keçib. Bundan əlavə, Türküstanın əhalisi son 24 ildə təxminən 1,5 dəfə artaraq hər il təxminən bir milyon nəfər çoxalıb.

Hafta.az-ın yazdığına görə, Avrasiya İnkişaf Bankının dərc etdiyi Makroiqtisadi Proqnozda verilən məlumata əsasən, Tacikistan və Özbəkistan əhali artımına liderlik edən ölkələr sırasındadır.

Tacikistanın əhalisi 2024-cü ilin əvvəlində 1991-ci ildən 80 faiz artaraq 10 milyona çatıb. Regionun ən çox əhalisi olan Özbəkistanda 1,1-1,2 faiz artım sürəti qorunub və əhali 37 milyonu ötüb.

Halbuki Makroiqtisadi Proqnozda Türküstan coğrafiyası əhalisinin orta yaşı 26,2 olaraq verilib. Bu baxımdan Türküstan coğrafiyasının demoqrafik profili gənc demoqrafik profil kimi qeydə alınıb.

PopulationPyramid.net, Türküstan əhalisinin 2024-cü ilin sonunda 82 milyondan çox olacağını bildirib. Siyahıya görə; Özbəkistanda 37,6 milyon, Qazaxıstanda 20,5 milyon, Azərbaycanda 10,3, Tacikistanda 10,4 milyon, Türkmənistanda 7,4 milyon, Qırğızıstanda 7,1 milyon əhali olacaq.

Lakin 2050-ci ilə qədər Türküstan əhalisinin 100 milyonu keçəcəyi gözlənilir. Digər tərəfdən, sürətli demoqrafik artımın region üçün “dayanıqlı iqtisadi inkişaf”, “iş yerlərinin yaradılması” və “həyat keyfiyyəti” baxımından ciddi problemlər yaratdığı da bildirilir.

Seçilən
24
hafta.az

1Mənbələr