“Azərreyl”lə Azərbaycan çempionu olmuş voleybolçu özünə yeni klub tapıb.
İdman.biz xəbər verir ki, amerikalı blokçu Tauri Meci karyerasını Albaniyada davam etdirəcək.
O, "Vlazniya" klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, bu, əvvəllər ABŞ Kollec Liqasında çıxış etmiş Mecinin peşəkar karyerasında üçüncü klub olacaq.
İdman.biz