AZ

Dəməşqə müvəqqəti işlər vəkili təyin edilib

Bakı, TurkicWorld

Türkiyənin Nuakşotdakı səfiri Burhan Köroğlu Dəməşqdəki səfirliyin müvəqqəti işlər vəkili təyin edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Türkiyə Xarici işlər naziri Hakan Fidan səfir Koroğluna yeni vəzifəsi barədə məlumat verib.

Suriyanın Dəməşq şəhərində diplomatik nümayəndəliklərin cəmləşdiyi Ravda Meyda yaxınlığında yerləşən Türkiyə səfirliyi rejimin dinc nümayişçilərə qarşı zorakılığa əl atdığı dövrdə bir müddət xidmətini davam etdirmiş, lakin 26 mart 2012-ci ildə gündəlik fəaliyyətini dayandırmışdır. .

Suriyanın İstanbuldakı Baş Konsulluğu fəaliyyətini davam etdirib.

Qeyd edək ki, 8 dekabr səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.

İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.Silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb,

Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.

Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.

phrase_var_article.chosen
26
turkic.world

1phrase_var_article.sources