AZ

“Səhra gülü”ndən talançıya çevirilən birinci xanım - ARAŞDIRMA

Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra maraq doğuran bir məsələ də Əsma Əsədin, yəni, Suriyanın birinci xanımı, Əsədin həyat yoldaşı Əsmanın kim olmasıdır.

Maraqlıdır, kimdir Əsma Əsəd, onun haqqında nələri bilirik?

Gununsesi.info xəbər verir ki, o, 11 avqust 1975-ci ildə Londonda doğulub və elə burada da böyüyüb.

Həyat yoldaşı, keçmiş Suriya lideri Bəşərlə də elə Londonda tanış olub.

Belə ki, Bəşər Əsəd həmin illərdə Londonda göz həkimliyi üzrə təhsil alırdı. Atası Hafiz ölməmiş, qardaşı qəzada həlak olmamış və o, hakimiyyətə gəlməmişdi.

Ərinin hakimiyyətə gəldiyi ilk ilərdə Əsma Əsədi Yaxın Şərqdə “qadın hüquqlarını qoruyan birinci ledi” , “səhra gülü”, “ərəblərin ledi Dianası” adlandırardılar.

Lakin sonralar isə başqa bir qəddar obrazı üzə çıxmağa başladı.

Əsma ilk növbədə müharibədən sonra Suriyada siyasi və maliyyə hakimiyyəyini əlində birləşdirmişdi.

Dəqiq desək, onun xəbəri olmadan Suriyada quş da uçmazdı, biznes qərarları onun xəbəri olmadan verilmirdi.

“İndi bütün Suriyanın sahibi Əsmadır”, biznesmenlər onun haqqında belə deyərdilər.

İqtisadiyyatın elə bir sahəsi yox idi ki, Əsmanın nəzarətində olmasın. Telekommunikasiya, əmlak, banklar, ticarət – hamısı Əsma Əsədin ailəsinə məxsus idi.

 Financial Times qəzetinin araşdırması göstərirdi ki, Suriya iqtisadiyyatı Bəşər Əsəd, onun qardaşı Mahir və birinci ledi Əsma arasında bölünüb.

Bəşər Əsədin qohumu, oliqarx Rami Maxluf ilə 2019-cu ildə arası dəyəndə, hamı günahı Əsma Əsəddə gördü.(Onu milyonlarla dollar əlavə vergi ödəməyə məcbur etdilər və ev dustaqlığına göndərdilər.)

Daha doğrusu, onun öz uşaqlarına Suriya hakimiyyətinin yüksək eşalonlarında yer hazırlamaq planında. Beləliklə Əsma, Maxlufun biznesini də ələ keçirmişdi.

Əsma və Bəşər Əsədin 3 uşağı var:

23 yaşlı Hafiz, 21 yaşlı Zeyn və 20 yaşlı Kərim.

Ölkədəki müşahidəçilər deyir ki, Əsma öz uşaqlarının gələcəyini təmin etmək barədə düşünürdü.

O BMT-nin Suriya müharibəsindən əziyyət çəkənlərə ayırdığı maliyyəni mənimsəməkdə də ittiham olunurdu.

Əsma Əsəd ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo tərəfindən “Suriyadakı müharibədən ən vicdansız şəkildə qazanc əldə edən” şəxs adlandırılıb.

Məsələn, əlavə olaraq demək olar:

Əsmanın əsas layihəsi 2007-ci ildə yaratdığı “Suriya İnkişaf Fondu” adlı xeyriyyə təşkilatıdır. Bu fond və “Suriya Ərəb Qırmızı Aypara Cəmiyyəti” (SARC) ölkədə humanitar yardım sektoruna tam nəzarət edir.

Başqa xeyriyyə təşkilatlarının Suriyaya maliyyə və ərzaq yardımı göndərmək imkanı yoxdur.

Fond dəfələrlə BMT-dən alınan vəsaitlərin məqsədyönlü istifadə edilməməsində ittiham olunub. Keçən il baş verən dağıdıcı zəlzələdən sonra təşkilat yalnız rejimə sadiq olanlara yardım etməkdə günahlandırıldı.

Suriya İnkişaf Fondu Əsəd ailəsinin əsas gəlir mənbələrindən biri hesab olunur. ABŞ hazırda bu fondu sanksiya siyahısına daxil edib-etməmək barədə düşünür.

Suriya dünyanın ən korrupsioner ölkələri arasında ikinci yerdədir.

Avropa İttifaqı və ABŞ 2020-ci ildə Əsma Əsədə qarşı sanksiyalar tətbiq edib.

Qeyd edək ki, 2024-cü ilin dekabrın 8-də Suriya silahlı müxalifəti paytaxt Dəməşqi ələ keçirdi və Əsəd rejimini devirdi.

Bəşər Əsəd Əsma və övladları ilə birgə Londona yox, Rusiyaya qaçaraq sığınacaq ala bildilər.


Telegram kanalımız
phrase_var_article.chosen
15
yenisabah.az

1phrase_var_article.sources