AZ

Seyidov yeni layihə barədə: Diplomatik xidmət orqanları əməkdaşları...

"44 günlük müharibə Azərbaycanın, cənab Prezidentin xarici siyasətinin qələbəsidir. Separatçıların təkcə 30 illik işğal dövründə deyil, ondan öncə də etdikləri bütün cinayətlər dünyanın diqqətinə çatdırıldı. Müdafiə yox, hücum strategiyası öz bəhrəsini verdi. Azərbaycanın qələbəsi Ermənistanın, Qərb dövlətlərinin revanşist qüvvələrinə siqnal verib, onları oyadıb bizə qarşı cəbhə yaratmasına, ölkənin imicinə xələl gətirmək siyasəti aparmasına səbəb olub".

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Səməd Seyidov “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşunun müzakirəsi zamanı deyib.

O bildirib ki, qanun layihəsi yeni prinsipləri özündə əks etdirir:

“Layihədə diplomatik xidmət orqanlarının əməkdaşlarının, ailə üzvlərinin sosial həyatlarının yaxşılaşdırılması, müdafiəsi prinsipi öz əksini tapır. Azərbaycanda diplomatik kadrların inkişafında çox böyük əhəmiyyətli yer tutun qanun layihəsində ADA Universitetinin fəaliyyəti öz yerini tapacaq. Qanun layihəsi yeniliklərlə doludur”.


Müəllif: Şəbnəm Zahir
Seçilən
26
teleqraf.com

1Mənbələr