Qusar Rayonu İcra Hakimiyyəti başçısının aparatının strukturunda dəyişiklik olub.
News365.az xəbər verir ki, Qusar RİH-nin başçısı Sahir Məmmədxanovun əmrinə əsasən, başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayev Əkbər oğlu vəzifəsindən azad edilib.
Onun yerinə hər hansısa təyinat baş tutmayıb və hazırda vakantdır. Başçının yalnız bir - I müavini var.
Xatırladaq ki, Sahir Məmmədxanov Azərbaycan Prezidentinin sərəncamına əsasən, Qusar Rayonu İcra Hakimiyyəti başçısı təyin edilib.