Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Fransa, Kanada, İngiltərə, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin liderləri Suriyadakı hadisələrlə bağlı birgə bəyanat yayıblar. İtaliya Nazirlər Kabineti tərəfindən yayılan bəyanatda, BMT-nin 2254 saylı qətnaməsinə uyğun olaraq suriyalıların liderliyi altında əhatəli bir siyasi keçid prosesini dəstəkləyəcəkləri vurğulanıb. Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının İsrail tərəfindən işğal edilmiş Qolan təpələrindəki Atəşkəs Müşahidə Qüvvələrinə dəstək ifadə edilib.
G7 ölkələri, qanunun aliliyi, insan hüquqları və şəffaflıq kimi dəyərlər əsasında etibarlı hökumətə yol açacaq bir prosesin dəstəklənəcəyini qeyd ediblər. Eyni zamanda, Bəşər Əsəd rejiminin insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığı bildirilib və kimyəvi silahların təhlükəsizliyinin təmin edilməsi üçün əməkdaşlıq ediləcəyinə vurğulanıb.
G7 liderləri, Suriya xalqının yanında olduqlarını və ölkənin yenidən qurulması üçün lazımi şərtlərin yerinə yetiriləcəyinə dair gözləntilərini ifadə ediblər.