AZ

"31 immiqrant qaçaqmalçı və 981 qeyri-qanuni immiqrant saxlanılıb"

Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya ötən gün ölkə daxilində həyata keçirilən “KALKAN-35” əməliyyatlarında 9-u xarici ölkə vətəndaşı olmaqla ümumilikdə 31 immiqrant qaçaqmalçılığı təşkilatçısı və 981 qeyri-qanuni immiqrantın tutulduğunu açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Əli Yerlikaya, Respublika Baş Prokurorluğu və İmmiqrasiya İdarəsi Müdirliyinin koordinasiyasında qeyri-qanuni immiqrasiya və immiqrant qaçaqmalçıları ilə çalışmaları çərçivəsində tərk edilmiş, ictimai əyləncə yerləri, yük avtomobillərinin qarajları, terminallar, limanlar, ictimai nəqliyyat dayanacaqları və stansiyalarda 26 min 438 şəxsi heyət və 8 min 412 qrup ilə 366 min 838 nəfərin şəxsiyyət yoxlaması aparıldığını qeyd edib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
6
missiya.az

1Mənbələr