Bakı, TurkicWorld
Suriyada yeni konstitusiya qərarına əsasən müvəqqəti hökumət rəsmi olaraq elan edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Suriyada müxalifət qüvvələrinin 61 illik Baas rejimini devirməsindən sonra qurulan müvəqqəti hökumətin sözçüsü Obaida Arnaut məlumat verib.
O, konstitusiya və parlamentin fəaliyyətinin 3 ay müddətinə dayandırıldığını açıqlayıb.
Türkiyənin sərhəd qonşusu Suriyada baş verən dəyişikliklər nəticəsində müxalifətin nəzarətində qurulan müvəqqəti hökumət mühüm qərarını elan edib.
Arnaut bildirib ki, keçid dövrü ərzində konstitusiyanın tədqiqi üçün xüsusi məhkəmə və insan haqları komitəsi yaradılacaq. Bu komitə konstitusiyaya düzəlişlər təqdim edəcək. Parlamentin fəaliyyəti isə bu müddət ərzində dondurulacaq.
Qeyd edək ki, silahlı müxalifətin rejimlə 10 günlük qarşıdurmadan sonra Dəməşqə daxil olması Bəşər Əsədin ölkəni tərk etməsi ilə nəticələnmişdi. Əsədin qaçışından sonra Baas rejimi devrilərək Suriyada müvəqqəti hökumət formalaşıb. Yeni hökumətin baş naziri isə Məhəmməd əl-Bəşir seçilib.