Amerika Birləşmiş Ştatlarında Suriyanın paytaxtı Dəməşqin mərkəzi həbsxanasının keçmiş rəhbəri Samir Osman əl-Şeyx məhbuslara işgəncə verməkdə ittiham olunur və onu 100 ildən çox həbs cəzası gözləyir...
Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.
72 yaşlı müttəhim 2005-2008-ci illərdə Suriya həbsxanasına rəhbərlik edib. Məhkəmənin fikrincə, o, tabeliyində olan işçilərdən siyasi və digər məhbuslara ağrı və əzab verməyi tələb edib.
Əl-Şeyx 2020-ci ildə ABŞ-a mühacirətə yollanıb və üç ildən sonra vətəndaşlıq üçün müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, o, ştatlarda yaşamaq icazəsi almaq üçün cinayətləri barədə yalan danışıb.
Poliqon.info