AZ

Tramp İranın nüvə proqramına mane olmaq üçün zərbələr endirə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp İranın nüvə proqramına qarşı mübarizə üçün bir neçə variantı, o cümlədən İslam Respublikasına qarşı "preventiv hava zərbələri"ni nəzərdən keçirir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, respublikaçının keçid komandası Tehrana qarşı maksimum təzyiq strategiyası üzərində işləyir. Bu strategiya hərbi tədbirlərə və iqtisadi sanksiyaların sərtləşdirilməsinə əsaslana bilər.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu plan hələ hazırlanmanın ilkin mərhələsindədir.
Qəzetin məlumatına görə, əvvəllər Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya İranın mümkün "nüvə irəliləyişi"ndən narahat olduğunu bildirib və belə bir hadisənin qarşısını almaq üçün yollar axtardığını göstərib.
"The Wall Street Journal"ın yazdığına görə, Tramp komandası İranla bağlı gələcək fəaliyyət üçün iki variantı araşdırır. Birinci plan Yaxın Şərqə ABŞ qoşunlarının, hərbi təyyarələrin və gəmilərin yerləşdirilməsi hesabına hərbi təzyiqin artırılmasını nəzərdə tutur. Bundan əlavə, Vaşinqton İsrailə bunker əleyhinə bombalar da daxil olmaqla qabaqcıl silahlar sata bilər. İkinci variant hərbi güc tətbiq etmək təhdididir. Sanksiyalarla birlikdə bu, Tehranı ABŞ-nin təklif etdiyi diplomatik həll yolları ilə razılaşmağa inandıra bilər.
Qeyd edək ki, bundan əvvəl Tramp "Time" jurnalına müsahibəsində ABŞ ilə İran arasında tammiqyaslı silahlı qarşıdurmanın başlanmasını istisna etmədiyini bildirib.
Seçilən
52
22
oxu.az

10Mənbələr