AZ

Elektrikli avtomobillərin satışında REKORD RƏQƏM - 40 faiz ARTDI

İngiltərə mərkəzli araşdırma şirkəti “Rho Motion” tərəfindən elektrik avtomobil satışları ilə bağlı yeni məlumat açıqlanıb.

 

Sfera.az xəbər verir ki, noyabr ayına aid olan məlumata görə, dünyada elektrikli avtomobil satışları oktyabr ayına nisbətən 100 min ədəddən çox artıb.

 

Bu artımla, qlobal elektrikli avtomobil satışları noyabrda 1,83 milyon ədədə çatıb. Bununla, dünyada ardıcıl üçüncü dəfə elektrikli avtomobillərin satışı rekord qırıb.

 

Elektrik avtomobil satışları noyabrda illik 32 faiz, aylıq 6 faiz artıb. Noyabrda qlobal elektrik avtomobil satışının 1,3 milyonu Çinin payına düşüb. Yanvar-noyabr dövründə dünyada satışlar 25 faiz, Çində isə 40 faiz artıb. Bu aylarda dünyada satılan elektrik avtomobillərinin sayı 15,2 milyona çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə satışlar 25 faiz artıb. Bu dövrdə ümumi satışın 9,7 milyonu Çində olub.

 

Çində elektrikli avtomobil satışları bu dövrdə illik bazada yüzdə 40 artıb. Yanvar-noyabr dövründə Avropa Birliyi və Böyük Britaniyada 2,7 milyon ədəd elektrikli avtomobil satılıb. Çindən fərqli olaraq bu regionda son bir ildə elektik avtomobil satışı 3 faiz azalıb.

 

ABŞ və Kanadada isə 11 ayda 1,6 milyon elektrikli avtomobil satılıb və satışlar illik müqayisədə 10 faiz artıb.

 

Dünyanın qalan regionlarında cəmi 1,1 milyon ədəd elektrik avtomobil satışı baş verib.

 

Vasif

Sfera.az

Seçilən
17
33
sfera.az

10Mənbələr