İcra başçısının müavini vəzifədən azad olunub
Qusar Rayonu İcra Hakimiyyəti Başçısı Aparatının strukturunda dəyişiklik olub.
Qusar RİH-nin başçısı Sahir Məmmədxanovun əmrinə əsasən, başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayev Əkbər oğlu vəzifəsindən azad edilib.
Onun yerinə hər hansısa təyinat baş tutmayıb və hazırda vakantdır. Başçının yalnız bir – I müavini var.
Xatırladaq ki, Sahir Məmmədxanov Azərbaycan prezidentinin sərəncamına əsasən, Qusar Rayonu İcra Hakimiyyəti başçısı təyin edilib(milli.az)