AZ

“Sözsüz, rəylər müxtəlif ola bilər, bu da normaldı” – Cahangir Həsənzadə seçimini şərh etdi

Misli premyer-liqasında “Ayın qolu” layihəsinin noyabr ayı üçün qalibi Murad Məmmədov seçilib. 11 nəfərlik münsiflər heyətindən yalnız AFFA-nın texniki direktoru Cahangir Həsənzadə Leroy Mikelsi seçib. Leroyun qardaşı Coy-Lens isə belə seçimə etiraz edib:

“Dürüst? Qalibləri təbrik edirik, lakin yeni münsiflər heyəti tapın”.

Bəs siz münsiflər heyətinin qalan üzvlərinin rəyi ilə razısızmı? Bu sualı Cahangir bəyə ünvanladıq:

“Münsiflər heyəti elə onun üçün seçilir ki, müxtəlif baxış bucaqlarından müstəqil rəyini versin. Sözsüz, rəylər müxtəlif ola bilər, bu da normaldı. O ki qaldı mənim razı olub-olmamağıma, məncə, bu, mövzu deyil”.

ƏSƏD SEYİDOV
Seçilən
17
football-plus.az

1Mənbələr