AZ

Bakıda 176 min manatlıq dələduzluq edən şəxsin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Anar Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il 3 aya endirilib.


İttihama görə, Anar Məmmədov 20 vətəndaşa qarşı dələduzluq edib. O, həmin şəxslərə özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edərək müxtəlif yollarla onların ümumilikdə 176 105 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Kamal Məmmədov 


Tarix: 13 Dekabr 2024, 12:23   
Seçilən
3
pravda.az

1Mənbələr