AZ

Rusiya Suriyadakı hərbi varlığını davam etdirə biləcəkmi? – ŞƏRH + FOFO

Dekabrın 9-da Suriya silahlı müxalifətinin Rusiyanın hərbi bazalarının yerləşdiyi Laziqiyyə əyalətinə tam nəzarət etdiyi barədə məlumat yayılıb. Qeyd olunub ki, müxalifət qüvvələri Suriya Prezidenti Bəşər Əsədin devrilməsini elan etdikdən sonra Tartus və Cəblə bölgələrinə daxil olub. Lakin müxalifət üzvləri Tartus və Xmeymimdəki Rusiya hərbi bazalarına müdaxilə etməyiblər.

Suriyalı siyasətçi, Cenevrə və Astana danışıqlarında müxalifət nümayəndə heyətinin keçmiş rəhbəri Məhəmməd Alluş isə ötən gün mediaya açıqlamasında bildirib ki, Suriyanın yeni hakimiyyəti Rusiya hərbi bazaları ilə bağlı qərarı xalqın maraqlarına əsaslanaraq verəcək.

Rusiya Suriyadakı hərbi varlığını <span style=color:red>davam etdirə biləcəkmi? - ŞƏRH + FOFO

Maraqlıdır, bu qərar nə olacaq? Ümumiyyətlə, Suriyadakı Rusiya və İran hərbi bazalarının aqibəti necə olacaq?

Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Suryada baş verən hadisələrin fonunda Rusiya hərbi bazalarına müxalifət qüvvələrinin müdaxilə etməməsinin əsas səbəblərindən biri rusiyalı hərbçilərin ərazini tərk etməsi üçün müvəqqəti hökumət tərəfindən vaxt verilməsidir.

Rusiya Suriyadakı hərbi varlığını <span style=color:red>davam etdirə biləcəkmi? - ŞƏRH + FOFO

Onun sözlərinə görə, Rusiya silahlı qüvvələrinin nümayəndələrinin atəş altına alınmaması, onların təhlükəsizlik şəraitində o bölgələrdən çıxarılması üçün zaman lazımdır: “Düşünürəm ki, Rusiya hərbi bazalarına müxalif hərbi qüvvələrin müdaxilə etməməsi bununla bağlıdır. Yəni, tərəflər arasında hər hansı razılığın əldə olunması mümkündür. Əsəd höküməti devrilmiş olacağı təqdirdə, Rusiya silahlı qüvvələrinin hər hansı konfiliktə, qarşıdurmaya getmədən vəziyyəti necə həll edəcəyinə dair əvvəlcədən planın olması da mümkündür. İndiki halda keçici bir zaman üçün rusiyalı hərbçilər Suriyada varlığını davam etdirəcəklər. Amma sonrakı mərhələlərdə artıq Rusiyanın orda hərbi bazalarının davamlı olacağı mümkün görünmür. Çünki Suriya üzərində siyasi, hərbi strateji maraqları kəsişən, üstünlük təşkil edən dövlətlər artıq o bölgədə Rusiyanın, İranın olmasına fürsət verəməyəcəklər”.

Rusiya Suriyadakı hərbi varlığını <span style=color:red>davam etdirə biləcəkmi? - ŞƏRH + FOFO

Hərbi ekspert deyib ki, artıq Suriyada yeni qurulacaq höküməti dəstəkləyəcək ABŞ-nin, İsrailin və Türkiyənin siyasi, hərbi strateji maraqları mövcuddur: “Həmin ölkələr düşünürəm ki, Rusiya ilə İranın qüvvələrinin Suriyaya gələcəkdə təsir edə biləcək hala gəlməsinə şərait yaratmayacaqlar. Amma hərbi bazalar olaraq onların yeni yaradılmış hökümətə təslim edilməsi zamanla həyata keçiriləcək. Yeni hökümət qurulduqdan sonra bu məsələlər koordinasiyalı şəkildə həll edilmiş olacaq. İlkin mərhələdə Rusiya hərbi bazalarının orada yerləşdirilməsinin siyasi məqsədi Bəşər Əsədin hökümətinin dəstəklənməsinə hesablanmışdı. Müxalifətçilər Bəşər Əsədə qarşı əməliyyat keçirdiyi dövrdə Rusiya aviasiya zərbələri ilə qarşıdurmada iştirak edir, müxalif hərbi birləşmələrin mövqelərini bombalayırdı. Bu səbəbdən Rusiya ilə Suriyanın yeni höküməti arasında istər siyasi, istərsə hərbi əməkdaşlığın Moskvanın istədiyi kimi davam edəcəyi mümkün deyil. Amma Rusiya silahlı qüvvələrinin oradan çıxarılması məcburiyyəti yaranıb. Zamanla da biz bunun çıxarılmasını görəcəyik”.

Nailə QASIMOVA

Seçilən
19
medianews.az

1Mənbələr