AZ

Fətiyev və Kokauri Türkiyə Superliqasında gümüş medal qazanıblar

Azərbaycan milli komandasının cüdoçuları Murad Fətiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) komanda yarışında Türkiyə Superliqasının gümüş mükafatçısı olublar.

İdman.biz xəbər verir ki, Ankarada keçirilən yarışda Fətiyev və Kokauri "İzmir Büyükşehir Belediyesi"nin heyətində çıxış ediblər.

Adıçəkilən klub finala çıxsa da, həlledici görüşdə "Spor Toto"ya uduzub.

Qeyd edək ki, Superliqada ümumilikdə 16 komanda iştirak edib.

İdman.biz

Məqalədə:
Seçilən
8
idman.biz

1Mənbələr