AZ

Gürcüstan parlamentində müxalifət formalaşdırılır

Gürcüstanın “Xalqın gücü” partiyası parlament çoxluğundan çıxmaq barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın icraçı katibi, deputat Quram Maçaraşvili bildirib.

Onun sözlərinə görə, “Xalqın gücü” partiyası Gürcüstanda sağlam müxalifətin mövcudluğu üçün əsas olacaq.
“Biz sağlam müxalifətin necə olacağını göstərəcəyik. Sağlam müxalifət elə bir siyasi qüvvədir ki, parlamentdə təmsil olunur, hakimiyyətdə olmasa da, Gürcüstanın maraqları naminə çalışır”, - deputat deyib.

Qeyd edək ki, “Xalqın gücü” partiyası hakim “Gürcü Arzusu” partiyasını tərk etmiş deputatlar tərəfindən 2022-ci ildə formalaşdırlıb. Siyasi təşkilat bu ilin martında rəsmi qeydiyyata alınıb.


Müəllif: Cəmilə Babayeva
Seçilən
43
teleqraf.com

1Mənbələr