Bakının Nəsimi rayonunda yollarda aparılacaq təmir işlərinə görə 495 768 manat xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, rayon icra hakimiyyəti bununla bağlı "Koneks Construction" MMC ilə müqavilə bağlayıb.
Təmir işləri Səməd Vurğun küçəsini əhatə edəcək.
Qeyd: Şirkət bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi olub.
Xatırlatma: Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hazırda deputatdır. Həmin vəzifəyə təyinat olmayıb.
Cabir Həsənov
Tarix: 13 Dekabr 2024, 13:23