"Kurtlar Vadisi" serialındakı Gamze obrazı ilə böyük pərəstişkar kütləsi yaradan Didem Taşlan uzun müddətdən sonra qatıldığı dəvətdə görüntülənib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 50 yaşlı Taslanın son halını görənlər təəccüblərini gizlədə bilməyiblər.
"Kurtlar Vadisi" serialında Memati obrazının sevgilisi Qamze Günəşi canlandıran keçmiş model Didem Taşlan uzun müddətdir ki, ekranlardan uzaq bir həyat yaşayır.
Sosial mediada Taslakın qatıldığı dəvətdən görüntülər paylaşılıb.
50 yaşlı keçmiş modelin son şəklinə "İllər ona heç toxunmayıb", "O, heç vaxt qocalmır", "Çox, çox gözəldir", "Həmişə gözəldir" kimi şərhlər edilib.