AZ

“Gürcüstanda baş verən hadisələrin Azərbaycanda təkrarlanması üçün əsas yoxdur”- Millət vəkili

“Gürcüstanda baş verən hadisələrin Azərbaycanda təkrarlanması üçün əsas yoxdur. Gürcüstan hələ də Abxaziya və Cənubi Osetiya ilə bağlı ərazi bütövlüyünü təmin etməyib. Cəmiyyət siyasi baxımdan kifayət qədər yetkin olmadığı üçün bir-birinə zidd xarici ideologiyaların təsiri altındadır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Millət vəkilinin sözlərinə görə, son hadisələr də göstərdi ki, kollektiv Qərblə Rusiya arasında gedən geosiyasi mübarizə, gürcü xalqının inkişafının qarşısını alır:

“Gürcüstan bizə dost dövlətdir və orada ictimai-siyasi sabitliyin pozulması, öz maraqlarını güdən xarici qüvvələrə xidmət edir. Azərbaycanda son zamanlar keçirilmiş əməliyyatlar xarici mənbələrdən qeyri-şəffaf şəkildə maliyyələşən şəxslərin həbs olunmalarının ictimaiyyətdə haqqlı narahatlıq yaratması təbiidir. Azərbaycan cəmiyyəti gözəl başa düşür ki, xaricdən maliyyələşən istənilən layihənin arxasında konkret öhdəliklər, məqsədlər durur. Demokratiya, insan hüquqları adı altında milli hökumətlərə qarşı təzyiqlər edilir. 30 illik erməni işğalını, bir milyon qaçqın, məcburi köçkünlərin hüquqlarını görməzdən gələn qlobal güclərin, ayrı-ayrı fərdlərin hüquqlarından danışmaları səmimi görünmür. Bir daha qeyd edirəm ki, hədəf geosiyasi maraqlarını təmin etmək, milli hökumətləri təzyiq altında saxlamaqdan ibarətdir. Biz xalq olaraq 90-cı illərin əvvəllərində qonşu ölkədə baş verənləri yaşadıq. Bir daha çox çətinliklə yaradılmış sabitliyin pozulmasına imkan verməməliyik”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
36
editor.az

1Mənbələr