AZ

Növbəti maarifləndirmə tədbiri keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Tədbirlər planının 7.1 bəndinin icrasının təmin edilməsi məqsədi ilə “Su ehtiyatlarından səmərəli istifadənin vacibliyi” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə ŞİH-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə üzvləri, şəhərdə fəaliyyət göstərən aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak edib.

Son dövrlərdə dünyada iqlim dəyişikliyi səbəbindən, yeraltı su mənbələrinin həcminin azalması səbəbindən mövcud su ehtiyatlarından məişətdə və kənd təsərrüfatında səmərəli istifadənin təmin edilməsinin vacibliyindən bəhs edilib. Qeyd edilib ki, şəhər ərazisində suvarma zamanı su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə xüsusi qərargah yaradılıb. Ənənəvi suvarma sistemlərinin yeni və müasir intensiv suvarma sistemləri ilə əvəz olunması vacibliyi vurğulanıb, təkliflər səsləndirilib, təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin sudan səmərəli istifadəyə dair əhali arasında maarifləndirmə işinin aparılmasının vacibliyi qeyd edilərək suallar cavablandırılmışdır.

Seçilən
3
naftalan-ih.gov.az

1Mənbələr