Ukrayna öz ərazisində Qərb hərbi personalının kontingentini yerləşdirməyə hazırdır.
Dekabrın 12-də “Politico” yazıb ki, bunu Avropaya inteqrasiya naziri Olqa Stefanişina deyib. “Ukrayna işlək ola biləcək hər şey haqqında danışmağa hazırdır”, – rəsmi vurğulayıb.
Nəşrin yazdığı kimi, bu cür bəyanatlar Ukrayna üçün yeni mövqenin əks olunduğunu göstərə bilər, çünki işğalçı ölkə Rusiya ilə müharibə davam etdikcə ölkənin NATO-ya daxil olması ehtimalı azdır. Stefanişina Almaniyanın Qərb qoşunlarının Ukraynada yerləşdirilməsi ideyasına mənfi münasibətini xatırladıb. O qeyd edib ki, “belə mənfi mövqe üçün əsası olmayan bir ölkə ilə işləmək çox çətindir”.
//Samir Qurbanov, Editor.az