AZ

Makron Ukrayna üçün 40 minlik ordu toplayır - Bu 3 dövlət də dəstək verdi

Fransa Prezidenti Emmanuel Makronun Polşaya səfəri zamanı keçirdiyi mühüm görüşlərdən biri də Avropa Şurasının keçmiş sədri Donald Tusk ilə baş tutub. Tusk həm də Polşanın sabiq Baş naziridur.

Paytaxt.org xəbər verir ki, görüş zamanı Makron, Ukrayna və Rusiya arasında sülh anlaşmasından sonra Ukraynaya 40 min əsgərlik beynəlxalq sülhməramlı missiya göndərilməsi ideyasını təklif edib. Bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.

Makronun təklifinə əsasən, bu missiya yalnız Ukrayna ilə Rusiya arasında sülh razılaşması əldə edildikdən sonra həyata keçiriləcək. Missiyanın əsas məqsədi regionda sabitliyi təmin etmək və mümkün böhranların qarşısını almaq olacaq. Təklif olunan qüvvələr Polşa, Fransa və Böyük Britaniya əsgərlərindən ibarət olmalıdır.

Lakin görüşdən sonra Donald Tusk bəyan edib ki, “Hazırda belə bir addımın atılması planlaşdırılmır.” Bu və digər Polşa liderlərinin açıqlamaları göstərir ki, Polşa tərəfi bu təşəbbüsə ehtiyatlı yanaşır və missiyanın icrası ilə bağlı qərarların yalnız Varşavada qəbul ediləcəyini vurğulayır.

Görüş çərçivəsində Makron, Avropa İttifaqının və ABŞ-ın Ukrayna ilə bağlı birgə təhlükəsizlik səylərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, Makron qeyd edib ki, Ukrayna münaqişənin həlli prosesində mərkəzi rol oynamalıdır və Avropa ölkələrinin bu məsələdə vahid mövqedən çıxış etməsi zəruridir. 

tia_76076b7f160e98598286fda2eb554e62_yicz3q02lr5aeuf4xk19-645x430.jpg

40 minlik missiyanın əhəmiyyəti

Təklif edilən sülhməramlı missiya, Ukraynanın təhlükəsizlik tələblərini təmin etməklə yanaşı, Avropa İttifaqının və NATO-nun regiondakı strateji mövqelərini möhkəmləndirmək məqsədi güdür. Xəbərdə vurğulanır ki, missiyanın, xüsusilə Rusiya ilə sərhəd bölgələrində gərginliyi azaltmağa və sülh razılaşmasının şərtlərini qorumağa xidmət edəcəyi gözlənilir.

Polşanın mövqeyi və Avropa sədrliyi

Makronun Varşava səfəri Polşanın Avropa İttifaqına sədrliyi ərəfəsində baş tutub. Bu səfər Avropa təhlükəsizliyinin təmin olunmasında ortaq səylərin vacibliyini bir daha gündəmə gətirib. Lakin Polşa hökumətinin ehtiyatlı mövqeyi Avropanın bu məsələdə yekdil razılıq əldə etməsinin çətin olacağını göstərir.

Makronun Varşava səfəri və yayılan bu məlumat olduqca mühüm bir gerçəyi ortaya çıxarır. 

cded23b0-81f2-3770-a384-921b13a9be61_850.jpg

Rusiya-Ukrayna müharibəsində artıq sülh mərhələsi başlayıb. Avropa liderləri bunu dəqiq bilir və postmüharibə dövrünə, o cümlədən də Ukraynaya girməyə hazırlaşırlar. Makron isə bütün gücü ilə çalışır ki, Fransanın Ukraynada hərbi varlığı mövcud olsun.

Musavat.com bildirir ki, belə bir müzakirə – Ukraynaya böyük həcmli sülhməramlı ordu yollamaq – Berlində keçirilən “Böyük Beşlik” (Almaniya, Fransa, İtaliya, Polşa və İspaniya) görüşündə də müzakirə edilib. Kollektiv Qərb Ukraynanı qorumaqdan daha çox oraya müdaxilə etməyi, proseslərdə əsas rol almağı hədəfləyir.

Görünən budur ki, real proseslər onlar haqqında yayılan məlumatlardan xeyli irəlidədir. 

Xəbərin linki:https://wiadomosci.onet.pl/kraj/

 

Musavat.com

Seçilən
43
1
paytaxt.org

10Mənbələr