AZ

Müddətli həqiqi hərbi xidmətə çağırış yaşı ilə bağlı AÇIQLAMA

““Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırış yaşı yuxarı həddi 35-dən 30-a endirilir. Möhlət hüququnu bitənlərlə bağlı istisnalar olmayacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

“Yaş həddi hamıya şamil ediləcək, fərqlənmə olmayacaq. Plenar iclasda qanunda nəzərdə tutulan dəyişikliklər təsdiq ediləndə hər şey tam dəqiq aydın olacaq”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 13 Dekabr 2024, 14:35   
Seçilən
41
2
pravda.az

3Mənbələr