AZ

Gələcəkdə çağırış ildə dörd dəfədən iki dəfəyə endirilə bilər -Ekspertdən ŞOK AÇIQLAMA

Hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.
Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.
Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.
Xatırladaq ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli “Sherg.az”a bildirib ki, bu çox doğru addımdır:

“Hərbi islahatlar davam edir. Yəni bütün sahələrdə olduğu kimi, hərbi qanunvericilik sahəsində də islahatlar, hər dövrə, uyğun olaraq qərar qəbul olunur. Artıq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib və vətəndaşlarının sayı artaraq 10 milyonu ötüb. O zaman qərar qəbul ediləndə həm Azərbaycan vətəndaşlarının sayı az idi, həm torpaqları işğal edilmişdir. Ona görə də həmin dövr üçün 35 yaş aktual idi. Bu həm də ordudan yayınma hallarının qarşısını almaq üçün atılmış bir addımdır. Ancaq indi vətən müharibəsindən sonrakı dönəm onu göstərdi ki, Azərbaycan gəncləri, yaşından asılı olmayaraq hər kəs könüllü olaraq, müharibəyə getməyə hazırdır". 

Ekspert qeyd edib ki, artıq bu islahatlar müxtəlif istiqamətlərdə davam edəcək:
"Gələcəkdə ola bilsin ki, çağırış ildə dörd dəfədən iki dəfəyə endirilsin. Azərbaycanda çağırış ildə dörd dəfə aparılır. Bu istiqamətdə hərbi sahədə də islahatlar olacaq.Həmçinin 30 yaş həddi də son yaş həddi deyil. Ola bilsin ki, bir müddətdən sonra da 27 yaşa endirilsin. Hesab edirəm ki, bu cür addımlar atılanda Azərbaycan dövləti bütün sahələr üzrə təhlillər, analizlər aparılır, aidiyyatı qurumların və ekspertlərin rəyləri alınır, tam təhlil edilir, insan resursları öyrənilir. Yəni yaxın 10-15 il tam əhatəli təhlil edilir və bu cür önəmli qərarlar verilir. Ümumiyyətlə keçən dövr onu göstərir ki, bu istiqamətdə verilən qərarlar, atılan addımlar, aparılan islahat qələbədə öz sözünü dedi”.
Seçilən
35
sherg.az

1Mənbələr